Gürcüstan Azərbaycandan kimya məhsulları idxalına çəkdiyi xərci cüzi artırıb
- 20 iyul, 2024
- 13:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 6 milyon ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 1,7 % çoxdur.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 757 milyon ABŞ dolları dəyərində analoji məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 10 % çoxdur.
Hesabat dövründə Gürcüstana Türkiyədən 195 milyon ABŞ dolları dəyərində, Fransadan 69 milyon ABŞ dolları dəyərində, Almaniyadan 68 milyon ABŞ dolları dəyərində, İsveçrədən 61 milyon ABŞ dolları dəyərində, Rusiyadan 47 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 1,4 milyard ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları idxal edib ki, bunun da 12,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.