Bakı. 22 aprel. REPORT.AZ/ Aprelin 29-30-da Tbilisidə (Gürcüstan) növbəti Xəzər Forumu keçiriləcək. "Report"un Xəzər Strateji Araşdırmalar Mərkəzinə istinadən verdiyi məlumata görə, "Gürcüstan: Qafqaz qovşağı" adlanan foruma Azərbaycan, Türkiyə və Gürcüstanın rəsmi şəxsləri, enerji sahəsində çalışan iş adamları dəvət edilib.
Forum çərçivəsində "Regional təhlükəsizlik və Türkiyə-Gürcüstan-Azərbaycanın rolu", "Türkiyə-Gürcüstan-Azərbaycanın enerji əməkdaşlığında rolu" və "Orta dəhliz arasında daşımaçılıqda Gürcüstanın rolu" mövzularında seminarlar keçiriləcək.