Gürcüstanda qazlaşdırma səviyyəsi 90%-ə çatdırılacaq

Gürcüstanda qazlaşdırma səviyyəsi 90%-ə çatdırılacaq Gürcüstan hökuməti qazlaşdırma üzrə dövlət proqramın müddətini 2024-cü ilə qədər uzadılması barədə qərar qəbul edib.
Energetika
27 Oktyabr , 2020 11:48
Gürcüstanda qazlaşdırma səviyyəsi 90%-ə çatdırılacaq

Gürcüstan hökuməti qazlaşdırma üzrə dövlət proqramın müddətini 2024-cü ilə qədər uzadılması barədə qərar qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, 2019-cu ildən üçillik proqramın icrasına başlanılıb: “Bu plan çərçivəsində 384 kəndin təbii qazla təminatı başa çatdırılacaq. Lakin bu yetərli deyil. 2021-2024-ci illər üzrə proqram çərçivəsində əlavə olaraq 211 kənd və təxminən 33 min ailənin qazdan istifadə imkanı yaranacaq. Bu, o deməkdir ki, Gürcüstanda qazlaşdırma səviyyəsi 90%-ə çatdırılacaq”.

Son xəbərlər

Orphus sistemi