Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda istehlak olunan təbii qazın həcmi 1 733,6 mln. kubmetrə bərabər olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkədə “mavi yanacaq” istehlakı 14,8% artıb.
Hesabat dövründə Gürcüstanda 1 071,8 min ton neft və neft məhsulu istehlak edilib ki, bu da illik müqayisədə 7,1% çoxdur.