Gürcüstanda əlavə 34 kəndin qazlaşdırılmasına qərar verilib

Gürcüstanda əlavə 34 kəndin qazlaşdırılmasına qərar verilib Gürcüstanın dövlət büdcəsindən 20 mln. lari vəsait ayrılacaq
Energetika
24 Yanvar , 2017 17:33
Gürcüstanda əlavə 34 kəndin qazlaşdırılmasına qərar verilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Gürcüstan hökuməti bu gün keçirilən iclasda daha 34 kəndin qazlaşdırılması planını təsdiqləyib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, 11 mindən çox ailənin qazla təminatı üçün Gürcüstanın dövlət büdcəsindən 20 mln. lari (13,812 mln. manat) vəsait ayrılacaq.

"Kənd ərazilərinin qazlaşdırılması işləri çox intensiv həyata keçirilir. Bununla bağlı hökumət 241 mln. lari (166,4 mln. manat) vəsait ayırıb və 160 min yeni abonent artıq qazla təmin olunub”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Gürcüstanda qazlaşdırma işlərini Energetika Nazirliyinin razılığı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti “SOCAR Georgia Gas” həyata keçirir. Şirkət 2008-2016-cı illərdə 600 yaşayış məntəqəsini qazlaşdırıb. Hazırda şirkətin Gürcüstanda 500 mindən çox abonenti var.

“SOCAR Georgia Gas” 2017-ci ildə genişmiqyaslı qazlaşdırma layihəsini yekunlaşdıracaq. Bunun nəticəsində Gürcüstanda əhalinin 75%-i təbii qazdan istifadə edəcək.

Son xəbərlər

Orphus sistemi