Gürcüstanda avtomobil qaz yanacağının bahalaşacağı gözlənilir

Gürcüstanda avtomobil qaz yanacağının bahalaşacağı gözlənilir Buna Gürcüstan milli valyutası GEL-in devalvasiyası səbəb ola bilər
Energetika
12 Noyabr , 2017 18:33
Gürcüstanda avtomobil qaz yanacağının bahalaşacağı gözlənilir

Tbilisi. 12 noyabr. REPORT.AZ/ Gürcüstan milli valyutası GEL-in devalvasiyası ölkədə bəzi istehlak mallarının, o cümlədən yanacağın qiymətlərinin artmasına səbəb olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, neft məhsullarının ardınca avtomobillər üçün maye qazın (“avtoqaz”) da qiymətinin artacağı gözlənilir.

Mətbuatın Gürcüstan hökumətindəki mənbələrə istinadən yazdığına görə, yaxın günlərdə “avtoqaz”ın qiyməti hər kubmetr üçün 5-10 tetri bahalaşacaq. Hazırda “avtoqaz”ın bir kubmetri 1,40-1,42 GEL təşkil edir.

Qazdoldurma məntəqələrinin sahibləri qiymətlərin artacağını istisna etmirlər və bundan narahatçılıq keçirirlər. Bu məntəqələrin sahibləri qiymət artımından sonra satış həcminin aşağı düşəcəyindən ehtiyat edirlər.

“Avtoqaz”la yanaşı sıxılmış maye qazın da qiymətinin artacağı gözlənilir.

“İSLET GROUP” şirkətinin nümayəndəsi Yuri Cibutinin sözlərinə görə, hər şey milli valyutanın – larinin devalvasiyasından asılıdır. Əgər larinin ucuzlaşması davam edərsə maye qazın qiyməti mütləq qalxacaq.

“Ayrballon” şirkətinin nümayəndəsi Nodar Ramişvili də hesab edir ki, milli valyutanın qiymətdən düşməsi qazın qiymətinin artmasına səbəb olacaq.

Ekspertlərin fikrincə “avtoqaz”ın qiymətinin artması isə ölkədə istehlak qiymətlərinin, xüsusən kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasına, son nəticədə iqtisadiyyatın zəifləməsinə səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi