Gürcüstan "Qazprom" şirkəti ilə tranzit sazişi imzalayıb

Gürcüstan "Qazprom" şirkəti ilə tranzit sazişi imzalayıb Ermənistana qaz nəqlinə görə tranzit şərtləri dəyişməyib
Energetika
7 Aprel , 2016 18:41
Gürcüstan Qazprom şirkəti ilə tranzit sazişi imzalayıb

Bakı. 7 aprel. REPORT.AZ/ Gürcüstan və Rusiyanın "Qazprom" şirkəti Ermənistana Gürcüstan ərazisindən nəql olunan qazın hazırkı tranzit şərtlərinin uzadılması barədə saziş imzalayıblar.

"Report" "Qruziya Online" saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Energetika Nazirliyindən bildirilib.

Gürcüstan Ermənistana nəql olunan Rusiya qazına görə tranzit haqqı olaraq 10% təbii qaz almaqda davam edəcək.

Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili qeyd edib ki, eyni şərtlərlə saziş üzrə əlavə razılaşma var.

O bildirib ki, hazırda saziş qüvvəyə minmək üçün Gürcüstan hökumətində daxili prosedurlardan keçir.

"Razılıq bir il müddətinə əldə edilib və bu ilin sonuna kimi təyin olunub", - deyə nazir müavini bildirib.

Son xəbərlər

Orphus sistemi