Gürcüstan qanunsuz yanacaq idxalına nəzarəti gücləndirib

Gürcüstan qanunsuz yanacaq idxalına nəzarəti gücləndirib Gürcüstan beynəlxalq yük daşıyıcıları tərəfindən bəyan edilməmiş yanacağın ölkə ərazisinə idxalına gömrük nəzarətini gücləndirib.
Energetika
176
25 Sentyabr , 2020 10:41
Gürcüstan qanunsuz yanacaq idxalına nəzarəti gücləndirib

Gürcüstan beynəlxalq yük daşıyıcıları tərəfindən bəyan edilməmiş yanacağın ölkə ərazisinə idxalına gömrük nəzarətini gücləndirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Məlumata görə, son 10 gün ərzində Azərbaycanla sərhəddəki “Qırmızı körpü” gömrük-keçid məntəqəsində yük maşınlarına keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən 5 000 litr dizel yanacağı aşkar olunub.

“TIR” sürücüləri tərəfindən yanacağın qanunsuz idxalı kustar üsulla quraşdırılmış çənlər vasitəsilə həyata keçirilir. Gürcüstanın Gömrük Məcəlləsinə əsasən, bu cür əməllər qanun pozuntusu hesab olunduğundan cərimələr tətbiq edilir. 

Son xəbərlər

Orphus sistemi