Gürcüstan I rübdə Azərbaycandan aldığı yanacaq və sürtkü yağlarının həcmini açıqlayıb
- 26 aprel, 2024
- 09:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 117 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 24 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 497 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 0,6 % azdır. O cümlədən, Gürcüstan Rusiyadan 241 milyon ABŞ dolları, Rumıniyadan 41 milyon ABŞ dolları, Bolqarıstandan 29 milyon ABŞ dolları, Türkiyədən 16 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,7 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 0,4 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.