Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağları alışına çəkdiyi xərci cüzi azaldıb

Energetika
  • 20 noyabr, 2023
  • 11:12
Gürcüstan Azərbaycandan yanacaq və sürtkü yağları alışına çəkdiyi xərci cüzi azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 319 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 3 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən ölkələr (60) sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1,35 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da bir il əvvəlki göstəricidən 15 % azdır.

O cümlədən, Gürcüstan Rusiyadan 660 milyon ABŞ dolları dəyərində, Rumıniyadan 135 milyon ABŞ dolları dəyərində, Türkmənistandan 60 milyon ABŞ dolları dəyərində, Bolqarıstandan 41,3 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 1,94 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 406 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan tədarükünə çəkdiyi xərci 0,5 % azalıb.

44 filmi