Gürcüstan Azərbaycandan rekord həcmdə kimya məhsulları alıb

Energetika
  • 20 fevral, 2024
  • 11:24
Gürcüstan Azərbaycandan rekord həcmdə kimya məhsulları alıb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 527 min ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azı son 15 ildə eyni dövr üçün ən yüksək göstəricidir və bir il əvvələ nisbətən 23 % çoxdur.

Ötən ay Gürcüstan xarici ölkələrdən 122 milyon ABŞ dolları dəyərində analoji məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 61 % çoxdur.

Hesabat dövründə Gürcüstana Türkiyədən 45,74 milyon ABŞ dolları dəyərində, İsveçrədən 14,61 milyon ABŞ dolları dəyərində, Almaniyadan 11,2 milyon ABŞ dolları dəyərində, Rusiyadan 7,21 milyon ABŞ dolları dəyərində, Fransadan 5,71 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 1,4 milyard ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları idxal edib ki, bunun da 12,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti