Gürcüstan Azərbaycandan qaz idxalını 12% artırıb

Gürcüstan Azərbaycandan qaz idxalını 12% artırıb Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 925 106,9 kubmetr təbii qaz idxal edib.
Energetika
19 İyun , 2019 11:30
Gürcüstan Azərbaycandan qaz idxalını 12% artırıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 925 106,9 kubmetr təbii qaz idxal edib.

Bu barədə “Report”Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən bildirib.

Bu, həcm baxımında ötən ilin yanvar-may ayları ilə müqayisədə 11,8% çoxdur.

Gürcüstanın Azərbaycandan aldığı təbii qazın ümumi dəyəri 156 mln. 689,2 min dollara bərabər olub.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə ixrac olunmuş qaz məbləğ baxımından 11 004,6 dollar və ya 7,55% çoxdur.

Son xəbərlər

Orphus sistemi