Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını iyulda 21 % artırıb

Energetika
  • 21 avqust, 2025
  • 15:34
Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını iyulda 21 % artırıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 38 milyon ABŞ dolları dəyərində 55,2 min ton neft və neft yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39 %, kəmiyyət olaraq 30 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.

Təkcə iyul ayında isə Gürcüstan Azərbaycandan 15,4 milyon ABŞ dolları dəyərində 21,4 min ton neft və neft yağları alıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 11 % və 21 % çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 728 milyon ABŞ dolları dəyərində 970 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 6 % az və 7 % çoxdur.

Bu ilin ilk 7 ayında Gürcüstana Rusiyadan 326 milyon ABŞ dolları dəyərində 468 min ton, Rumıniyadan 133 milyon ABŞ dolları dəyərində 177 min ton, Bolqarıstandan 105 milyon ABŞ dolları dəyərində 142 min ton, Türkiyədən 53 milyon ABŞ dolları dəyərində 58 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1,2 milyard ABŞ dolları dəyərində 1,4 milyon ton neft və neft yağları alıb ki, bunun da 75,9 milyon ABŞ dolları dəyərində 95,95 min tonu Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti