Gürcüstan Azərbaycandan neft və neft yağları idxalını 90 % artırıb

Energetika
  • 22 yanvar, 2024
  • 07:57
Gürcüstan Azərbaycandan neft və neft yağları idxalını 90 % artırıb

Ötən il Gürcüstan Azərbaycandan 95,444 milyon ABŞ dolları dəyərində 112 min 388 ton neft və neft yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 86 %, kəmiyyət olaraq – 90 % çoxdur.

Beləliklə Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında dördüncü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1,17 milyard ABŞ dolları dəyərində 1,418 milyon ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 13 % azdır və 7 % çoxdur.

2023-cü ildə Gürcüstana Rusiyadan 552,14 milyon ABŞ dolları dəyərində 771 min 395 ton, Rumıniyadan 167,84 milyon ABŞ dolları dəyərində 193 min 633 ton, Bolqarıstandan 96,94 milyon ABŞ dolları dəyərində 109 min 156 ton, Türkmənistandan 84,55 milyon ABŞ dolları dəyərində 96 min 343 ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan Azərbaycandan 51,437 milyon ABŞ dolları dəyərində 59 min 273 ton neft və neft yağları tədarük edib.