Gürcüstan Azərbaycandan neft bitumunun idxalını 5 dəfədən çox artırıb

Gürcüstan Azərbaycandan neft bitumunun idxalını 5 dəfədən çox artırıb Bu ilin noyabr ayında Gürcüstan Azərbaycandan 10,5 min ton neft bitumu idxal edib.
Energetika
14 Dekabr , 2020 17:14
Gürcüstan Azərbaycandan neft bitumunun idxalını 5 dəfədən çox artırıb

Bu ilin noyabr ayında Gürcüstan Azərbaycandan 10,5 min ton neft bitumu idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Məlumata əsasən, ötən ay qonşu ölkənin neft bitumuna olan tələbatının 72,4 %-ni Azərbaycan ödəyib.

İllik müqayisədə Azərbaycandan Gürcüstana ixrac olunan neft bitumunun həcmi 5,5 dəfə artıb.

İlk yanvar-noyabr aylarında isə Gürcüstan Azərbaycandan 76,7 min ton neft bitumu tədarük edib ki, bu da ümumi idxalın 63,7 %-ni təşkil edib. Azərbaycandan sonra Gürcüstan ən çox neft bitumunu İraq (25,6 min ton), İran (9,1 min ton), Rusiya (5,1 min ton), Türkiyə (2,2 min ton) və digər ölkələrdən alıb.

Noyabrda qonşu ölkə 14,5 min ton, yanvar-noyabr aylarında isə 119,6 min ton neft bitumu idxalı həyata keçirib.

Son xəbərlər

Orphus sistemi