Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalına çəkdiyi xərci 13% azaldıb

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalına çəkdiyi xərci 13% azaldıb Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 45,236 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.
Energetika
23 Dekabr , 2019 11:05
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalına çəkdiyi xərci 13% azaldıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 45,236 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% azdır.

On bir ay ərzində Gürcüstanın Azərbaycana ixrac etdiyi elektrik enerjisinin dəyəri isə 666 min dollar təşkil edib. Bu isə illik müqayisədə 55,8% azdır. 

Son xəbərlər

Orphus sistemi