Gürcüstan Azərbaycandan elektrik enerjisi tədarükünü azaldıb
- 17 fevral, 2022
- 06:36
Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 48,7 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.
Sənədə əsasən, bu, ötən ilin müvafiq göstəricisindən 3,1 dəfə azdır.
Yanvarda Gürcüstan ümumilikdə 406,4 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib. Azərbaycan qonşu ölkənin elektrik enerjisinə olan tələbatının 12 %-ni ödəyib. Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü isə Rusiya (291,493 milyon kilovatt/saat) olub.
Hesabat ayında Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə tranzit olunan elektrik enerjisinin həcmi isə 185,519 milyon kilovatt/saat təşkil edib ki, bu da illik müqayisədə 14,5 dəfə çoxdur.