Gürcüstan Azərbaycandan elektrik enerjisi tədarükünü 4 dəfə azaldıb

Energetika
  • 20 iyun, 2022
  • 06:45
Gürcüstan Azərbaycandan elektrik enerjisi tədarükünü 4 dəfə azaldıb

Bu ilin yanvar-may aylarında Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmi 129,1 milyon kilovatt/saat təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 3,9 dəfə azdır.

İlk beş ayda Gürcüstan ümumilikdə 1 174,1 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib. Bu həcmin 11 %-i Azərbaycanın payına düşüb.

Qonşu ölkənin əsas elektrik enerjisi tədarükçüsü 906,6 milyon kilovatt/saatla Rusiya (77,2 %) olub.

Hesabat dövründə yalnız yanvar və fevral aylarında Gürcüstan üzərindən Azərbaycandan Türkiyəyə 353,7 milyon kilovatt/saat həcmində elektrik enerjisinin tranziti həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti