Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 2 dəfədən çox azaldıb
- 17 mart, 2022
- 07:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmi 114,8 milyon kilovatt/saat təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.
Sənədə əsasən, illik müqayisədə həcmdə 61,8 % və yaxud 2,6 dəfə azalma qeydə alınıb.
Hesabat dövründə Gürcüstan ümumilikdə 763,7 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib ki, bunun da 15,03 %-i Azərbaycanın payına düşüb. Qonşu ölkənin əsas elektrik enerjisi idxalçısı Rusiya (513 milyon kilovatt/saat) olub.
Yanvar-fevralda Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 353,4 milyon kilovatt/saat elektrik enerjisi tranzit olunub ki, bu həcm ötən ilin eyni dövrünə nisbətdə 27,7 dəfə çoxdur.