Gürcüstan Azərbaycandan dizel idxalını 26,3% artırıb

Gürcüstan Azərbaycandan dizel idxalını 26,3% artırıb 2020-ci ildə Gürcüstanın Azərbaycandan idxal etdiyi dizel yanacağının həcmi 214,9 min ton təşkil edib.
Energetika
15 Yanvar , 2021 12:10
Gürcüstan Azərbaycandan dizel idxalını 26,3% artırıb

2020-ci ildə Gürcüstanın Azərbaycandan idxal etdiyi dizel yanacağının həcmi 214,9 min ton təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinidən bildirilib.

Ötən il Azərbaycan qonşu ölkənin dizelə olan tələbatının 38%-ni təmin edib. İllik müqayisədə idxalın həcmində 44,7 min ton və yaxud 26,3% artım qeydə alınıb.

Hesabat ilində Gürcüstan ümumilikdə 1 106 min ton benzin və dizel yanacağı tədarük edib ki, bu da 2019-cu illə müqayisədə 10 min ton və yaxud 0,9% çoxdur. Gürcüstanın əsas yanacaq idxalçısı 342,8 min tonla Rusiya olub.

Son xəbərlər

Orphus sistemi