Gürcüstan Azərbaycandan aldığı yanacaq və sürtkü yağları üçün çəkdiyi xərci açıqlayıb

Energetika
  • 21 oktyabr, 2024
  • 09:49
Gürcüstan Azərbaycandan aldığı yanacaq və sürtkü yağları üçün çəkdiyi xərci açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 239 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 12,5 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Təkcə sentyabrda Gürcüstan Azərbaycandan 16,16 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb. Bu, bir il əvvələ nisbətən 22 % azdır.

Bu ilin 9 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 319 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 10 % çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 561 milyon ABŞ dolları, Bolqarıstandan 120 milyon ABŞ dolları, Rumıniyadan 109 milyon ABŞ dolları, Türkiyədən 59,4 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,7 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 0,4 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.

44 filmi