Gürcüstan Azərbaycandan aldığı təbii qazın həcmini açıqlayıb

Energetika
  • 19 avqust, 2024
  • 11:37
Gürcüstan Azərbaycandan aldığı təbii qazın həcmini açıqlayıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 133,379 milyon ABŞ dolları dəyərində 899,84 milyon kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 12 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 238,2 milyon ABŞ dolları dəyərində 1 milyard 290 milyon kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 18 % və 7 % azdır. O cümlədən, Gürcüstana Rusiyadan 104,7 milyon ABŞ dolları dəyərində 391 milyon kubmetr, İrandan 36,8 min ABŞ dolları dəyərində 22,54 min kubmetr, Böyük Britaniyadan 23,5 min ABŞ dolları dəyərində 0,01 min kubmetr, Çindən 16,29 min ABŞ dolları dəyərində 8,19 min kubmetr təbii qaz idxal edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 445 milyon ABŞ dolları dəyərində 2,25 milyard kubmetr təbii qaz alıb ki, bunun da 313,5 milyon ABŞ dolları dəyərində 1,8 milyard kubmetri Azərbaycanın payına düşüb.

44 - Tezliklə