Gürcüstan Azərbaycandan 89 min tona yaxın yanacaq idxal edib

Gürcüstan Azərbaycandan 89 min tona yaxın yanacaq idxal edib Gürcüstan Azərbaycandan 89 min tona yaxın yanacaq idxal edib
Energetika
148
14 İyul , 2020 12:26
Gürcüstan Azərbaycandan 89 min tona yaxın yanacaq idxal edib

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 88,8 min ton yanacaq tədarük edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinidən bildirilib.

Hesabat dövründə Azərbaycanın qonşu ölkənin yanacaq idxalındakı payı 17,8%-ə bərabər olub.

Bu ilin ilk altı ayında Gürcüstan, ümumilikdə, 497,9 min ton dizel və benzin idxal edib. İllik müqayisədə həcm 3,6 min ton və yaxud 0,7% artıb. Qonşu ölkənin əsas yanacaq tədarükçüsü 176 min tonla Rusiya olub.