Gürcüstan 8 ayda Azərbaycandan idxal etdiyi təbii qazın həcmini açıqlayıb

Energetika
  • 25 sentyabr, 2023
  • 12:31
Gürcüstan 8 ayda Azərbaycandan idxal etdiyi təbii qazın həcmini açıqlayıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 208 milyon 688 min ABŞ dolları dəyərində 1,112 milyard kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 8,5 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 305,33 milyon ABŞ dolları dəyərində 1,476 milyard kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14,4 % və 6,7 % çoxdur. O cümlədən, Gürcüstana Rusiyadan 96,36 milyon ABŞ dolları dəyərində 363,8 milyon kubmetr, İrandan 142 min ABŞ dolları dəyərində 73,3 min kubmetr, Honkonqdan (Çininin xüsusi inzibati rayonu) 40,11 min ABŞ dolları dəyərində 21,5 min kubmetr, Belarusdan 23,55 min ABŞ dolları dəyərində 20 min kubmetr təbii qaz idxal edilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 457,79 milyon ABŞ dolları dəyərində 2,26 milyard kubmetr təbii qaz alıb ki, bunun da 345,2 milyon ABŞ dolları dəyərində 1,842 milyad kubmetri Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstan Azərbaycandan təbii qaz tədarükünə çəkdiyi xərci 38 %, "mavi yanacağ"ın həcmini isə 17,3 % artırıb.