Gürcüstan 11 ayda idxal etdiyi yanacaq və sürtkü yağlarının 18 %-ni Azərbaycandan alıb

Energetika
  • 23 dekabr, 2024
  • 11:56
Gürcüstan 11 ayda idxal etdiyi yanacaq və sürtkü yağlarının 18 %-ni Azərbaycandan alıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 297 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 18 % azdır.

Beləliklə, Azərbaycan 18,2 % payla Gürcüstanın yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Təkcə noyabrda Gürcüstan Azərbaycandan 36 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb. Bu, bir il əvvələ nisbətən 18 % azdır.

Bu ilin 11 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 630 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 8,2 % çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 677 milyon ABŞ dolları, Bolqarıstandan 154 milyon ABŞ dolları, Rumıniyadan 150 milyon ABŞ dolları, Türkiyədən 79 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,7 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 0,4 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.

44 filmi