“Qara dənizdə yüksəkgərginlikli sualtı elektrik xətti layihəsi Gürcüstan və Avropanın enerji sistemlərini bir-biri ilə əlaqələndirəcək. Potensial baxımından bu layihə Bakı-Tbilisi-Ceyhan layihəsindən heç də az əhəmiyyətli deyil”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava parlamentdə “nazir saatı” formatında çıxışı zamanı deyib.
Nazir layihənin reallaşdırılması ilə tamamilə yeni reallığın yaranacağını bildirib: “Bizim enerji bazarımız Avropa bazarı ilə yalnız fiziki deyil, hüquqi baxımdan da bağlı olacaq. Layihədə 1 200 kilometr uzunluqda və 1 000 meqavatt gücə malik kabelin çəkilməsi nəzərdə tutulub. Bu, Cənubi Qafqaz və Avropaya geniş ixrac imkanlarından istifadəyə və elektrik enerjisini saatlıq bölmələrə görə bazar qiymətinə idxal etməyə imkan verəcək”.