​“Günəşli” yatağındakı 143 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

​“Günəşli” yatağındakı 143 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib Quyu gündəlik 45 ton neft və 55 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib
Energetika
13 May , 2015 18:10
​“Günəşli” yatağındakı 143 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

Bakı. 13 may. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 nömrəli stasionar dəniz özülündən 143 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumatda bildirilir. Quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2909-2892 metr intervaldan gündəlik 45 ton neft və 55 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi