“Günəşli” yatağında yeni quyu istismara verilib

“Günəşli” yatağında yeni quyu istismara verilib Quyu gündəlik 120 ton neft və 10 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib
Energetika
20 Aprel , 2017 15:18
“Günəşli” yatağında yeni quyu istismara verilib

Bakı. 20 aprel. REPORT.AZ/ Bu günlərdə “Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündən 317 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2 763-2 733 metr intervaldan gündəlik 120 ton neft və 10 000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi