"Günəşli" yatağında yeni quyu istismara verilib

"Günəşli" yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 70 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
15 Sentyabr , 2015 16:59
Günəşli yatağında yeni quyu istismara verilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu günlərdə “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündən 352 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib.

"Report" Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib və 2 850 - 2 837 metr intervaldan sutkalıq 70 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi