“Günəşli” yatağında yeni quyu istismara verilib

“Günəşli” yatağında yeni quyu istismara verilib Quyudan gündəlik 20 ton kondensat və 280 min kubmetr qaz hasil edilir
Energetika
22 Fevral , 2017 15:16
“Günəşli” yatağında yeni quyu istismara verilib

Bakı. 22 fevral. REPORT.AZ/ “Günəşli” yatağındakı 19 saylı dərin dəniz özülündə 75 nömrəli quyu geoloji tədbirdən sonra, məhsuldar qat çöküntülərinin qırməkiüstü qumlu lay dəstəsindən 3324-2981 metr intervaldan mənimsənilib. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkləti (SOCAR) məlumat yayıb.

Məlumatda deyilir ki, quyu gündəlik 20 ton kondensat və 280 min kubmetr qaz hasilatı ilə istismara verilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi