Yuxarı

"Günəşli" yatağında daha bir quyu istismara verilib

Quyu sutkalıq 55 ton neft və 120 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib

Bakı. 23 may. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündə 256 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib. O, 2 612 - 2 592 metr intervaldan sutkalıq 55 ton neft və 120 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi