​“Günəşli” yatağında daha bir quyu istismara verilib

​“Günəşli” yatağında daha bir quyu istismara verilib Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” NQÇİ tərəfindən həyata keçirilir
Energetika
13 Avqust , 2015 13:01
​“Günəşli” yatağında daha bir quyu istismara verilib

Bakı. 13 avqust. REPORT.AZ/ Bu günlərdə “Günəşli” yatağındakı 8-ci özülündən 303 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şikrətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Quyu Fasilə Lay Dəstəsindən əlavə süzgəc açıldıqdan sonra 2 975-2 960 metr intervaldan sutkalıq 17 ton kondensat və 163 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi