"Günəşli" yatağında daha bir quyu istismara verilib

"Günəşli" yatağında daha bir quyu istismara verilib Quyu sutkalıq 15 ton neft və 90 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
23 Fevral , 2016 15:45
Günəşli yatağında daha bir quyu istismara verilib

Bakı. 23 fevral. REPORT.AZ/ “Günəşli” yatağındakı 6 nömrəli dərin dəniz özülündə 152 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2845-2761 metr intervaldan sutkalıq 15 ton neft və 90 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.