​"Gulf Drilling Azerbaijan" qazma qurğularının sayını artıracaq

​"Gulf Drilling Azerbaijan" qazma qurğularının sayını artıracaq Şirkətin bununla bağlı növbəti illər üçün planları var
Energetika
22 Sentyabr , 2015 18:07
​Gulf Drilling Azerbaijan qazma qurğularının sayını artıracaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Gulf Drilling Azerbaijan" şirkəti qazma qurğularının sayını artırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə şirkətin direktoru İlham Babayev yeni qazma qurğusunun təqdimatında bildirib.

O qeyd edib ki, şirkətin növbəti illərdə bununla bağlı planları var: "Amma bu qurğuların sayı da verilən sifarişlərdən asılıdır. Sifarişlərə uyğun olaraq yeni qurğular gətiriləcək. Şirkətin 6 qazma qurğusu var. 2008-ci ildə "ZJ-30" model qazma qurğusu gətirilib. Hazırda "Suraxanı" yatağında qazma işləri aparılır. Bu gün təqdim edilən "ZJ-20" model qurğusu isə şirkətin bu tipli ikinci qurğusudur".

Qeyd edək ki, "Gulf Drilling Azerbaijan" şirkəti 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət əsasən Azərbaycanın quruda yerləşən neft və qaz yataqlarında, Xəzərətrafı regionlarda müasir texnologiyaya əsaslanaraq neft, qaz və su quyularının qazılması, quyuların əsaslı təmiri, quyuların qazılmasında xidmətin göstərilməsi, neft hasilatının artırılması metodlarının tətbiqi ilə məşğul olur. Şirkətin əsas məqsədi neft sənayesində dünyanın qabaqcıl texnikası və texnologiyasını əldə etməklə öz maddi-texniki bazasının möhkəmləndirilməsi və ixtisaslı kadr potensialı hesabına dünya neft-qaz sənayesində qabaqcıl, rəqabətqabiliyyətli şirkətlərdən birinə çevrilməkdir.

"Gulf Drilling Azerbaijan" şirkətinin sifarişçiləri "Suraxanı Oil", “Balaxanı Oil”, "Bahar Energy", "Qarasu", "Gobustan", "Binaqadi Oil", "Shirvan Oil" əməliyyat şirkətləri, “Azərsu” ASC, habelə "AzGerneft" MMC-dir. Bu ilin sentyabrın 1-dək şirkət Azərbaycanda "Suraxanı", "Binəqədi", "Mişovdağ", "Balaxanı", "Ramanı" neft və qaz yataqlarında və "Oğuz" su yatağında 207 quyu qazıb. Həmçinin bu müddətdə "Kürovdağ", "Balaxanı", "Suraxanı", "Ramanı" yataqlarında 56 quyuda yan lülələrin qazılması əməliyyatları aparılıb. Ümumi qazma həcmi 236 min metrə çatır. Hazırda "Gulf Drilling Azerbaijan" şirkəti "Suraxanı", "Balaxanı", "Ramanı" neft yataqlarında ümumilikdə 5 quyuda qazma aparır.

Son xəbərlər

Orphus sistemi