Güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub

Güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub Üç nəfər dənizə düşüb
Energetika
4 Dekabr , 2015 15:43
Güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün saat 12.30 radələrində “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin 501 nömrəli özülündə qəza baş verib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti, 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları -1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar. Dənizdə operativ axtarış işlərinə başlanılıb. 

Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən neftçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir. 

Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi