Güclü külək Abşeron rayonunda ağacı qaz xəttinin üzərinə aşırıb

Güclü külək Abşeron rayonunda ağacı qaz xəttinin üzərinə aşırıb Güclü külək nəticəsində Abşeron rayonunun Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.
Energetika
5 Avqust , 2019 13:53
Güclü külək Abşeron rayonunda ağacı qaz xəttinin üzərinə aşırıb

Güclü külək nəticəsində Abşeron rayonunun Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. 

Məlumata görə, qaz sızması müşahidə olunmadığından abunəçilərin "mavi yanacaq"la təchizatında fasilə yaranmayıb. Ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi