“Greenpeace” fəalları Şimal dənizində BP-nin əməliyyatına mane olmağa çalışıb

“Greenpeace” fəalları Şimal dənizində BP-nin əməliyyatına mane olmağa çalışıb “Greenpeace” fəalları Şimal dənizinin Böyük Britaniya hissəsində BP üçün qazma əməliyyatı aparan “Transocean” şirkətinin qazma qurğusuna daxil olub və qazma əməliyyatlarına mane olmağa çalışıblar.
Energetika
13 İyun , 2019 12:58
“Greenpeace” fəalları Şimal dənizində BP-nin əməliyyatına mane olmağa çalışıb

“Greenpeace” fəalları Şimal dənizinin Böyük Britaniya hissəsində BP üçün qazma əməliyyatı aparan “Transocean” şirkətinin qazma qurğusuna daxil olub və qazma əməliyyatlarına mane olmağa çalışıblar.

“Report” xəbər verir ki, bu barədə “Greenpeace” təşkilatının Böyük Britaniya ofisinin “Twitter” hesabında qeyd edilib.

Bildirilib ki, iki fəal BP-nin qazma planlarına mane olmaq üçün qazma qurğusuna daxil olub.

BP şirkəti bu etirazla bağlı bildirib ki, bütün əməliyyatların təhlükəsizliyi şirkət üçün vacibdir: “Onların sakit etiraz hüquqlarını tanıyırıq, amma bu qrupun hərəkətləri məsuliyyətsizdir, onlar həm özlərini, həm də başqalarını lazımsız risklə üzləşdirirlər".

Son xəbərlər

Orphus sistemi