“Greenfields Petroleum” “Bahar-Qum dəniz” yataqlarından 14,43 mln. dollar gəlir əldə edib

“Greenfields Petroleum” “Bahar-Qum dəniz” yataqlarından 14,43 mln. dollar gəlir əldə edib Bu ilin I yarısında “Greenfields Petroleum Corporation” “Bahar” qaz və “Qum dəniz” neft yatağı üzrə satışdan 14,43 mln. dollar gəlir əldə edib. Bu isə ötən ilin I yarısından 11% azdır.
Energetika
27 Avqust , 2019 14:59
“Greenfields Petroleum” “Bahar-Qum dəniz” yataqlarından 14,43 mln. dollar gəlir əldə edib

Bu ilin I yarısında “Greenfields Petroleum Corporation” “Bahar” qaz və “Qum dəniz” neft yatağı üzrə satışdan 14,43 mln. dollar gəlir əldə edib. Bu isə ötən ilin I yarısından 11% azdır.

“Report” xəbər verir ki, bu barədə “Greenfields Petroleum Corporation” məlumat yayıb.

Əldə edilən gəlirin 8,08 mln. dolları II rübün payına düşüb. II rüb üzrə gəlir də ötən ilin müvafiq dövründən 11% az olub.

II rübdə satışın həcmi orta hesabla gündəlik 686 barel xam neft, 17,228 mln. kubfut qaz, yaxud da 3,557 barel neft ekvivalenti, ilin I yarısında 606 barel xam neft, 15,894 mln. kubfut qaz, yaxud 3,255 barel neft ekvivalenti olub.

Bu ilin II rübündə xam neftin satış həcmi ötən ilin II rübündən 9%, qaz satışı 6%, ilin I yarısında isə xam neft satışı ötən ilin I yarısından 10%, qaz satışı 4% az olub.

Şirkətin əməliyyat xərcləri ilin I yarısında 6% artaraq 10,2 mln. dollar, II rübdə 3% artaraq 5,03 mln. dollar olub. Bu ilin I yarısında şirkətin əsaslı xərcləri 46% azalaraq 1,6 mln. dollar, II rübdə 36% azalaraq 1 mln. dollar təşkil edib.

Bu ilin I yarısında şirkətin zərəri 5,5 mln. dollar, II rübdə isə 2 mln. dollar olub.

Qeyd edək ki, “Bahar” və “Qum dəniz” yataqlarında əməliyyat aparan “Bahar Energy Ltd.” şirkəti “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəməsidir. Şirkət bu yataqlarda 80% iştirak payına malikdir, qalan 20% isə SOCAR-a məxsusdur.

Son xəbərlər

Orphus sistemi