Yuxarı

Göyçay və Samux rayonlarının daha 3 yaşayış məntəqəsinə qaz verilib

Kəndlərin 795 abonenti qazla təmin olunub

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bu gün Göyçay və Samux rayonlarının daha 3 yaşayış məntəqəsinə təbii qaz verilib.

"Report" Azərbyacan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Samux rayonunda keçirilən tədbirdə bildirilib ki, 394 abonenti olan Qırmızı Samux qəsəbəsinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 19 987 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Göyçay rayonun ümumilikdə 401 abonenti olan Çərəcə və Yeniarx kəndlərinə yenidən təbii qazın verilməsi ilə əlaqədar keçirilən mərasimdə vurğulanıb ki, qazlaşdırma işləri zamanı 49 305 metrlik polietilen və metal borulardan istisfadə olunub, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi