Yuxarı

​Göyçay rayonunun Şıxəmir kəndinə qazın verilişi bərpa edilib

54 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə 6,1 km-dən artıq qaz xətləri çəkilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Göyçay rayonunun Şıxəmir kəndinə təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İB-nin təmsilçiləri iştirak ediblər.

"Report" xəbər verir ki, 54 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 6 133 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi