Goranboyun kəndlərində elektrik enerjisinin nəqli bərpa olunub

Goranboyun kəndlərində elektrik enerjisinin nəqli bərpa olunub Goranboy rayonunun bəzi kəndlərində bir müddətdir, elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Energetika
16 Yanvar , 2022 18:10
Goranboyun kəndlərində elektrik enerjisinin nəqli bərpa olunub

Goranboyda fasilə yaranmış bir neçə kəndinin elektrik enerjisi bərpa edilib

"Report"un Qərb bürosunun məlumatına görə, Boluslu, Məşədiqaralar, Eyvazlı və Nərimanlı kəndlərinin bir hissəsində elektrik enerjisinin verilməsində yaranmış problem həll edilib və hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsi təmin olunub.

Qeyd edək ki, adı çəkilən kəndləri elektrik enerjisi ilə təmin edən xəttədə qısaqapanma yarandığını və bu səbəbdən bir müddət elektrik cərəyanının verilməsində fasilə yarandığı bildirilib.

17:06

Goranboy rayonunun bəzi kəndlərində bir müddətdir, elektrik enerjisinin verilməsində fasilə yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Boluslu, Məşədiqaralar, Eyvazlı və Nərimanlı kəndinin bir hissəsi işıqsız qalıb.

Sakinlər "Report"un Qərb bürosuna bildirib ki, bu kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr tez-tez yaranır.

"Demək olar ki, hər gün bu xətt üzərində olan kəndlərdə elektrik enerjisi kəsilir. Maraqlananda deyirlər ki, ya külək xətti sıradan çıxarıb ya da elektrik xətləri bir-birinə toxunub və qısaqapanma yaranıb. Həmin xətləri təmir edib istifadəyə verirlər, lakin yenə qırılır və ya külək əsən kimi yenidən işıqlar sönür. Bəzən hətta hava küləkli olmayanda da elektrik enerjisinin verilməsində fasilə yaranır. Bununla bağlı dəfələrlə şikayətçi olmuşuq, xeyri yoxdur", - sakinlər bildirib.

"Report"un Qərb bürosu məsələ ilə bağlı aidiyyəti qurumla əlaqə saxlayıb. Bildirilib ki, həmin kəndləri elektriklə təmin edən xətdə qısaqapanma yaranıb, hazırda problemin aradan qaldırılması istiqamətində əməkdaşlar tərəfindən işlər aparılır. Təmir işləri başa çatan kimi, elektrik enerjisinin verilməsi bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi