Goranboyda selin zədələdiyi qaz kəməri bərpa olunur

Goranboyda selin zədələdiyi qaz kəməri bərpa olunur Sentyabrın 8-də Goranboy rayonunda selin zədələdiyi qaz kəməri bərpa olunur.
Energetika
10 Sentyabr , 2019 13:10
Goranboyda selin zədələdiyi qaz kəməri bərpa olunur

Sentyabrın 8-də Goranboy rayonunda selin zədələdiyi qaz kəməri bərpa olunur.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, hazırda əraziyə “Azəriqaz”ın Gəncə Regional qazın istismarı İdarəsinin mühəndis və işçi heyəti, eləcə də ağır texnika cəlb olunub. İki gündür ki, təmir işləri davam etdirilir. Bu günün sonuna qaz təchizatının bərpası planlaşdırılır.

Xatırladaq ki, Goranboy rayonu Veyisli qəsəbəsinə gedən polietilen qaz xəttinə birləşmə nöqtəsində çay keçidində güclü sel gələrək sentyabrın 8-də səhər saat 06.00 radələrində qaz xəttini 2 hissəyə bölüb. Təxirəsalınmaz tədbirlərlə 2200 abonentin qaz təminatı bərpa olunsa da, sel suları axdığı üçün və ətraf bataqlıq olduğuna görə 790 abonentin qaz təminatını bərpa etmək mümkün olmayıb.

Video-çarxı “Azəriqaz”ın Facebook səhifəsində izləmək mümkündür: https://www.facebook.com/azeriqazaz/videos/495767967647895/

Son xəbərlər

Orphus sistemi