Goranboyda sel sularının sıradan çıxardığı qaz xətti bərpa edilir

Goranboyda sel sularının sıradan çıxardığı qaz xətti bərpa edilir Goranboy rayonunun Veyisli qəsəbəsinə gedən polietilen qaz xəttinə birləşmə nöqtəsində çay keçidində güclü sel gələrək dünən səhər saat 06.00 radələrində qaz xəttini 2 hissəyə bölüb.
Energetika
9 Sentyabr , 2019 17:09
Goranboyda sel sularının sıradan çıxardığı qaz xətti bərpa edilir

Goranboy rayonunun Veyisli qəsəbəsinə gedən polietilen qaz xəttinə birləşmə nöqtəsində çay keçidində güclü sel gələrək dünən səhər saat 06.00 radələrində qaz xəttini 2 hissəyə bölüb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təxirəsalınmaz tədbirlərlə 2200 abonentin qaz təminatı bərpa olunsa da, sel suları axdığı üçün və ətraf bataqlıq olduğuna görə 790 abonentin qaz təminatını bərpa etmək mümkün olmayıb.

Hazırda əraziyə ağır texnika cəlb olunub və təmir işləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi