Goranboy rayonunun daha iki kəndinə qaz verilib

Goranboy rayonunun daha iki kəndinə qaz verilib Hazırda Goranboy rayonunun daha 5 kəndində tikinti-quraşdırma işləri davam etdirilir
Energetika
29 Dekabr , 2016 15:16
Goranboy rayonunun daha iki kəndinə qaz verilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları ərəfəsində, Goranboy rayonunun Qaraçinar və Qaramusalı kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. 

"Report"a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyəti və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 552 abonenti olan Qaraçinar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 376 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 1 446 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 552 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

224 abonenti olan Qaramusalı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2 389 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 13 912 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 224 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Goranboy rayonunun daha 5 kəndində (Sarov, Yəhərçi Qazaxlar, Yolpaq, Goranlı və Səmədabad kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. 

Son xəbərlər

Orphus sistemi