“Goldman Sachs”: Neft 20 dollara qədər ucuzlaşa bilər
Energetika
- 09 mart, 2020
- 06:57
ABŞ-ın “Goldman Sachs” investisiya bankı bəyan edib ki, dünya bazarında neftin 1 barelinin qiyməti qeyri-sabit vəziyyət fonunda 20 ABŞ dollarına düşə bilər.
“Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Bankın hesabatında deyilir ki, qiymətlərin bu cür azalması neft və qaz bazarları ilə bağlı proqnozları kökündən dəyişdirəcək.
Xatırladaq ki, bu gün London əmtəə birjasında bu ilin may ayında çatdırılmaq şərti ilə satılan "Brent" markalı neftin 1 barelinin qiyməti 32 ABŞ dollarına, London əmtəə birjasında isə WTI markalı neftin 1 barelinin qiyməti 27 ABŞ dollarına düşüb. Bu, ötən həftənin sonu ilə müqayisədə təxminən 30% azdır və 1991-ci ildəki Körfəz müharibəsindən sonra tarixdə ikinci ən böyük azalmadır.
Son xəbərlər
08:13
Foto
Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb
Hadisə07:48
Uitkoff İranla məsləhətləşmələri uğurlu adlandırıb
Digər ölkələr07:16
Böyük Britaniyada informasiya hücumlarına qarşı mərkəz yaradılacaq
Digər ölkələr06:51
Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika06:17
Foto
Yalçın Rəfiyev BMT-nin Yüksək Səviyyəli Həftəsində bir sıra tədbirlərdə iştirak edib
Xarici siyasət06:11
Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak edib
Xarici siyasət06:05
AİB: Azərbaycan 2026-cı ilin sonunadək uçot dərəcəsini sabit saxlayacaq
Maliyyə05:32
İspaniya gələn ildən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandıracaq
Digər ölkələr05:04