“Global petrol prices”: Azərbaycan dizel yanacağının ən ucuz satıldığı ölkələr sırasındadır

“Global petrol prices”: Azərbaycan dizel yanacağının ən ucuz satıldığı ölkələr sırasındadır Dünya üzrə 1 litr dizelin orta qiyməti isə 1,03 dollar (1,75 manat) təşkil edir
Energetika
125
22 Yanvar , 2018 13:05
“Global petrol prices”: Azərbaycan dizel yanacağının ən ucuz satıldığı ölkələr sırasındadır

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan dünyada dizel yanacağının qiyməti ən aşağı olan ölkələr arasındadır.

“Report” bu barədə həftəlik yenilənən “Global petrol prices” saytına istinadən xəbər verir.

Ən son göstəricilərə görə, Azərbaycan dizel yanacağının qiyməti ən aşağı olan ölkələr arasında 8-ci sıradadır. Qeyd edək ki, hazırda Azərbaycanda dizel yanacağının 1 litrinin qiyməti 60 qəpik təşkil edir.

Dünya üzrə 1 litr dizelin orta qiyməti isə 1,03 dollar (1,75 manat) təşkil edir.

Dünyada dizel yanacağının ən baha satıldığı ölkə isə İslandiyadır. Burada dizel yanacağının qiyməti 1.97 dollar/litr (3,35 manat) təşkil edir:

Qeyd edək ki, Azərbaycan manatı ilə qiymətlər Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan 1 ABŞ dolları/1,7001 manat məzənnəsinə əsasən hesablanıb.

Son xəbərlər

Orphus sistemi