“General Əliağa Şıxlinski” gəmisi təmir edilib

“General Əliağa Şıxlinski” gəmisi təmir edilib “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 600 ton yükqaldırma gücünə malik kranı olan “General Əliağa Şıxlinski” gəmisinin təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.
Energetika
17 Sentyabr , 2020 16:38
“General Əliağa Şıxlinski” gəmisi təmir edilib
0 : 00
0 : 00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  600 ton yükqaldırma gücünə malik kranı olan “General Əliağa Şıxlinski” gəmisinin təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

ASCO-dan “Report”a verilən məlumata görə, təmir müddətində pər-sükan qurğuları elektrik mühərrikləri ilə birlikdə, 600 tonluq kran qolu (strela) demontaj olunaraq çıxarılıb və əsaslı təmirdən sonra yerinə quraşdırılıb. Kranın bütün burazları dəyişdirilib, yük  göyərtəsi və üst tikili təmizlənərək rənglənib. Eyni zamanda digər maşın və mexanizmlərə baxış keçirilib və lazım olan texniki xidmət  göstərilib.

İşlər başa çatdıqdan sonra gəminin kran qurğusunun sınaq işləri aparılıb və uğurla başa çatıb. Mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb.  Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.

“General Əliağa Şıxlinski” kran gəmisi dənizdə neft və qazçıxarma obyektlərinin tikintisində fəal iştirak edib və hazırda da xidmətini davam etdirir. Bu gəminin uzunluğu 141.4, eni 54.5 metrdir. Gəmi  3×2510 at gücünə malik sükan-pər qurğuları ilə (VRK) təchiz olunub.

Son xəbərlər

Orphus sistemi