Gəncənin “Avtozavod” qəsəbəsinə qaz verilişində fasilə yaranıb

Gəncənin “Avtozavod” qəsəbəsinə qaz verilişində fasilə yaranıb Bu gün saat 15:00 radələrində Gəncə şəhəri “Avtozavod” qəsəbəsi adlanan ərazidə tikinti-abadlıq işləri aparan şirkətin əməkdaşları texnika ilə diametri 160 mm olan yeraltı polietilen qaz kəmərini zədələyiblər.
Energetika
21 Yanvar , 2020 16:42
Gəncənin “Avtozavod” qəsəbəsinə qaz verilişində fasilə yaranıb

Bu gün saat 15:00 radələrində Gəncə şəhəri “Avtozavod” qəsəbəsi adlanan ərazidə tikinti-abadlıq işləri aparan şirkətin əməkdaşları texnika ilə diametri 160 mm olan yeraltı polietilen qaz kəmərini zədələyiblər.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, texniki təhlükəsizlik qaydalarına uyğun olaraq, həmin ərazinin qaz təchizatı dayandırılıb. Nəticədə xeyli sayda abonentin təbii qazla təminatında fasilə yaranıb. Qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi