Gənc energetiklərin II Beynəlxalq Peşə Ustalığı yarışması Tatarıstanda olacaq
- 19 oktyabr, 2023
- 08:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkdilli dövlətlərin gənc energetiklərinin II Beynəlxalq Peşə Ustalığı Yarışması gələn il Rusiyanın Tatarıstan Respublikasında keçiriləcək.
"Report" xəbər verir ki, "Tatarıstan Elektrik Şəbəkələri Şirkəti"nin baş direktoru İlşat Fardiyev Hadrutda keçirilən, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” mövzusunda I Beynəlxalq Peşə Ustalığı Yarışmasında bildirib.
Xatırladaq ki, yarışmaya Azərbaycan və RF-in Tatarıstan Respublikası ilə yanaşı Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan energetiklərdən ibarət komandalar qatılıb.
İntellektual yarışmanın I hissəsi başa çatdıqdan sonra xarici qonaqlar Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olublar. Tədbir iştirakçılarına ən müasir avadanlıqlarla təchiz edilən Mərkəz haqda ətraflı məlumat verilib.