Yuxarı

Gələn ilin əvvəlində Cənub Qaz Dəhlizi ölkələri nazirlərinin iclası keçiriləcək

Azərbaycan tərəfi toplantının Bakıda keçirilməsini təklif edir

Bakı. 27 noyabr. REPORT.AZ/ Nəzərdə tutulan bütün texniki və digər işlər həllini taparsa, gələn ilin fevralında Cənub Qaz Dəhlizi ölkələrinin nazirlərinin Məşvərət Şurasının iclası keçiriləcək. "Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib. 

N.Əliyev iclasın keçirilməsi üçün bir neçə məkanın təklif edildiyini açıqlayıb: "Tədbirin Türkiyə və ya Azərbaycanda keçirilməsi təklif edilib. Düşünürəm ki, bu, Azərbaycanda reallaşdırılsa, yaxşı olar. Bu ilin sonuna isə gecdir. Lakin gələn ilin fevralında bu tədbiri keçirə bilərik. Düşünürəm ki, həm Yunanıstan, həm Albaniya, həm də İtaliyada bütün proseslərə nəzarət etməliyik. Buna görə nazirləri dəvət edirik ki, görək onların nə problemi var".

Nazir Cənub Qaz Dəhlizində işlərin qaydasında getdiyini də açıqlayıb: "Bir müddət əvvəl "BP-Azerbaijan"ın prezidenti Qordon Birel ilə görüşdük. O bildirdi ki, bu istiqamətdə bütün işlər planlaşdırılandan xeyli öndə gedir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi